Hüseyn Bağırov Ağcabədidə vətəndaşları qəbul edəcək
01 iyun 2013 13:42 (UTC +04:00)

Hüseyn Bağırov Ağcabədidə vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ağcabədiyə səfər edəcək. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, o, iyunun 12-də Ağcabədi, Beyləqan, İmişli, Zərdab, Tərtər, Bərdə, Laçın və Xocavənd rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.


Qəbula gəlmək istəyənlərdən qeydiyyatdan keçmək üçün [email protected] elektron poçt ünvanı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Ağcabədi Şəhər İcra Nümayəndəliyi ilə əlaqə saxlamaları (ünvan: Ağcabədi şəhəri, Faiq Əli-zadə küçəsi 19, əlaqə tel: 021-27-5-02-24, 050-522-85-13, 050-579-74-79, 070-579-74-79 ) xahiş olunur.

 

Qeyd edək ki, Ağcabədidəki Qarabağ Muğam Mərkəzində (Faiq Əlizadə küçəsi 16)  keçiriləcək görüş saat 10:00-da başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673
avatar

Oxşar yazılar