Hüquqşünas və həkim ixtisasları üzrə təhsil xərcləri artırıldı
05 oktyabr 2019 15:36 (UTC +04:00)

Hüquqşünas və həkim ixtisasları üzrə təhsil xərcləri artırıldı

Bu il sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hüquqşünaslıq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərci 23 faizə qədər artırılıb.
 
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında əksini tapıb.
 
Başqa sözlə, bu ixtisas üzrə bakalavriat səviyyəsində təhsilalanlara düşən təhsil xərci 1620 manatdan 2100 manata, magistratura səviyyəsində 1680 manatdan 2180 manata qaldırılıb.
 
Ali məktəblərin bakalavriat səviyyəsində müalicə işi və hərbi həkim işi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 17 faizə qədər artırılaraq 4500 manatdan 5400 manata çatdırılıb.  Tibbi profilaktika, əczaçılıq və stomatologiya ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci də 17 faizə qədər artırılıb və 4000 manatdan 4800 manata yüksəlib.
 
Magistratura və rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərci isə daha çox - 29 faizə qədər artaraq 4000 manatdan 5600 manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 900
avatar

Oxşar yazılar