Azərbaycanda yaşadığı yer üzrə hərbi uçota durmayan vətəndaşlara cərimələrin tətbiqi nəzərdə tutulur.
Bu barədə APA-ya öz hərbi mənbələrindən məlumat verilib.
Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) hazırladığı təkliflərdə hərbi xidməti başa vurduqdan sonra yaşadığı yerdə hərbi uçota durmayan şəxslərin cərimələnməsi nəzərdə tutulur. Bu cərimələr eyni zamanda, yaşayış yerini müvəqqəti dəyişən şəxslərə də aid edilməsi təklif olunub.
Səfərbərlik Xidmətində hesab edirlər ki, Bakı şəhərində illərdir yaşayan və rayon daimi qeydiyyatında olan minlərlə şəxs var. Qanunvericilikdəki müəyyən boşluqlardan istifadə edərək onlar müvəqqəti yaşadıqları yer üzrə hərbi uçota düşmürlər. Bu da səfərbərlik elan edildiyi zaman operativ komplektləşdirməyə təsir göstərə bilər.
Təklif olunan cərimə məbləğinin yüksək olacağı bildirilsə də, bu barədə detallı məlumat verilməyib.