Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanun layihəsinə əlavələr layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, layihə barədə komitə sədri Hadi Rəcəbli məlumat verib.
Qanunun 56-cı maddəsinə edilən əlavəyə görə, səhiyyə sahəsində tətbiq olunan cərimələrdən gələn gəlirlərin 25 faizi həkimlərin məvaciblərinə əlavə olunacaq.
H. Rəcəbli bildirib ki, layihə Azərbaycan prezidenti tərəfindən təqdim olunub və tibb sahəsində çalışanların sosial maddi rifahının gücləndirilməsinə xidmət edir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.