Həcc ziyarətinə getmək istəyənlərin <span style="color:red;">NƏZƏRİNƏ
23 iyul 2019 13:35 (UTC +04:00)

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu davam edir.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az-a bildirilib ki, kvotanın dolması üçün  təxminən 30 yer qalıb. Vizaların verilməsi prosesi isə iyulun 27-dən başa çatacaq.

Qeyd edək ki, bu il Azərbaycandan ziyarətə getmək istəyənlər üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib.

Sənədlərin qəbulu yalnız QMİ-də həyata keçirilir. Həcc ziyarətinin qiyməti 4285 dollardır.

Zəvvarlar ziyarətə təyyarə ilə aparılacaq.

Avqustun 2-dən 6-dək ziyarətə gediş, 21-dən 25-dək isə dönüş baş tutacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683
avatar

Aygün İbrahimli

Oxşar yazılar