Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti oktyabrın 10-na gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 16-20 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 10-da hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq.
Bu gün və sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq.