Hava şəraiti Bakıda bir məktəbin şagirdlərini didərgin saldı
03 noyabr 2014 12:44 (UTC +04:00)

Hava şəraiti Bakıda bir məktəbin şagirdlərini didərgin saldı

 

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti və güclü külək Yasamal rayonundakı 225 nömrəli tam orta məktəbə növbəti dəfə ziyan vurub. Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, noyabr ayının 2-si və 3-ü havaların yağmurlu keçməsi ilə əlaqədar olaraq 225 nömrəli məktəbin dam örtüyündən 3-cü mərtəbəyə su sızması nəticəsində tavanın suvaq örtüyünə ziyan dəyib.

Qeyd edək ki, oktyabrın 19-u hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb, bununla əlaqədar müvafiq ekspertlər araşdırma aparıb. Nəticədə şagirdlərin təhlükəsizliyinin təmin olunması şərti ilə məktəbin damının beton örtüyü dəyişdirilib. Hazırda məktəbin dam örtüyünün dəmir bərkitmə işləri gedir.

Təmir-bərpa işlərinin sürətlənməsi və tədrisin davamlılığını təmin etmək məqsədilə 225 nömrəli məktəbin şagirdlərinin müvəqqəti olaraq 53 nömrəli məktəbdə tədrislərini davam etdirməsi nəzərdə tutulub.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1112
avatar

Oxşar yazılar