Hamilə qadınlar çimərliyə gedə bilərmi?
23 iyun 2019 10:35 (UTC +04:00)

Hamilə qadınlar çimərliyə gedə bilərmi?

Üzmə zamanı qol, ayaq və qarın nahiyəsində olan bütün əzələlər işlədiyi üçün hamilə qadında ürək vurğusu və alınan oksigenin miqdarı artır. Bunun sayəsində dölə gedən oksigenin miqdarında da artma olur.

Bunu cərrah-mama-ginekoloq Yeganə Əliyeva bildirib.

Həkim deyib ki, hamiləliyin ilk üç ayında üzmə ürəkbulanma və qusmanı da azalda bilir.

Digər aylarda üzmək bağ və vətərləri möhkəmləndirərək, bel və kürək ağrılarını azaldır. İlk üç ayda həftədə 2-3 dəfə və gün ərzində 20 dəqiqə üzmək kifayətdir. Sonra isə müddəti 30 dəqiqəyə qədər artırmaq olar.

Yayın isti aylarında hamilə qadınları maraqlandıran ən aktual sual - "Hamilə qadınlar çimərliyə gedə bilərmi?", sualıdır. Bu suala cavabımız "bəli"dir. Hamilə qadınlara dənizdə üzmək ziyan deyil. Hətta dəniz üzgüçülük hovuzlarına nisbətən daha təmiz hesab olunur. Ancaq hamilələr getdikləri çimərliyin təmiz olmasına mütləq fikir verməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744
avatar

Oxşar yazılar