Hakimliyə namizədlərin test imtahanının vaxtı açıqlandı
Hakimliyə namizədlərlə test imtahanı sentyabr ayının 15-də Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcək.
Lent.az-a Hakimlərin Seçki Komitəsindən verilən məlumata görə, imtahanda sentyabr ayının 12-dək sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim etmiş namizədlər iştirak edəcək.
Həmin hakimliyə namizədlər tərəfindən "İmtahana buraxılış vərəqəsi" Hakimlərin Seçki Komitəsindən sentyabr 13-ü tarixdən, şəxsiyyət vəsiqəsini təqdim etməklə alınmalıdır.
Məlumatda qeyd olunur ki, imtahan binasına saat 09:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsini və «İmtahana buraxılış vərəqəsi»ni mütləq təqdim etməlidirlər. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq.
569