Gənclərin Sağlamlıq Forumu keçirildi
01 dekabr 2014 17:43 (UTC +04:00)

Gənclərin Sağlamlıq Forumu keçirildi

0

 

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən təşkil olunan Gənclərin Sağlamlıq Forumu keçirilib. Lent.az-ın məlumatına görə, Nərimanov rayon İcra Hakimiyyəti, “Sağlam Ailə” Klinikası, Nərimanov rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən Forumun əsas məqsədi gənclərin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği vasitəsilə ictimai səhiyyə siyasətinin inkişafını dəstəkləmək, yeni təşəbbüslərin formalaşdırılması və gələcək əməkdaşlıqların qurulmasına şərait yaratmaqdır.

Giriş sözü ilə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Forumun əhəmiyyəti, ölkəmizdə həyata keçirilən gənclər və ictimai səhiyyə siyasəti barədə məlumat verib. Bildirib ki, gənclərin sağlamlığının qorunması müasir dövrün aktual məsələsi olduğu üçün bu işə xüsusi diqqət yetirilməli, müvafiq qurumlar gənclərlə sözügedən istiqamətdə birgə əməkdaşlıq etməlidirlər.

 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov, Nərimanov rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, BMT-nin strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev, “Sağlam Ailə” Klinikasının baş direktoru Vüqar Eyvazov və digərləri çıxış edərək ölkə başçısı İlham Əliyevin apardığı sosial yönümlü siyasətin nəticəsində ictimai səhiyyənin inkişafını vurğulayıb, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirildiyini qeyd ediblər.  

“1 dekabr - Ümumdünya AİDS-lə Mübarizə Günü”nə həsr olunmuş Forumda QHT və tələbə gənclər təşkilatlarının rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, respublikanın ayrı-ayrı yerlərindən olan gənclər iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 455

Oxşar yazılar