Gəncəyə verilən təbii qazın həcmi artırılıb
08 oktyabr 2013 20:17 (UTC +04:00)

Gəncəyə verilən təbii qazın həcmi artırılıb

Son bir neçə gündə havanın hərarətinin aşağı düşməsi şəhərdə təbii qaza olan tələbatı artırıb. Gəncə Qaz İstismar Sahəsinin baş mühəndisi Şubay Nəsibovun APA-nın qərb bürosuna verilən məlumata görə, yay aylarında Gəncədə sutkalıq qaz sərfiyyatı 225 min kubmetr idisə, hazırda bu göstərici 367 min kubmetrə kimi artırılıb. Baş mühəndis bildirib ki, şəhərin qaz təsərrüfatı qaz mövsümünə hazırdır və xətlərdə olan bütün nasazlıqlar aradan qaldırılıb.
 
Qeyd edək ki, Gəncədə 72 minə yaxın mavi yanacaqdan istifadə edən abonent var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511
avatar

Oxşar yazılar