Gəncədə qanunsuz ət kəsilməsi aşkarlandı
05 iyul 2019 18:35 (UTC +04:00)

Gəncədə qanunsuz ət kəsilməsi aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə regional bölməsi şəhərin Natəvan qəsəbəsində qanunsuz ət kəsiminə qarşı reyd keçirib.

Agentlikdən Lent.az-a bildirilib ki, reyd zamanı bəzi kəsim məntəqələrində mənşəyi bilinməyən heyvan əti aşkar edilib.  Heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlara qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı xəbərdarlıq edilib.

Qanunsuz fəaliyyət göstərən məntəqələrin fəaliyyəti məhdudlaşdırılıb və heyvan kəsimi üçün istifadə edilən stasionar qurğular və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan ləvazimatlar icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən götürülüb.  Eyni zamanda, sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə edilməsi tövsiyə olunub.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882
avatar

Aygün İbrahimli

Oxşar yazılar