Gəncədə 40 min ağacın əkilməsinə start verilib - FOTO
30 noyabr 2017 17:46 (UTC +04:00)

Gəncədə 40 min ağacın əkilməsinə start verilib - FOTO

Gəncədə şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar "Hərəyə bir ağac əkək" kampaniyasına start verilib. Lent.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihələndirilən ağacəkmə kampaniyasında YAP Gəncə şəhər Təşkilatının idarə heyəti, Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri, partiya fəalları, ziyalılar, şəhərin bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər.

 

Ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.

 

Qeyd edək ki, “Hərəyə bir ağac əkək” kampaniyası mütəmadi olaraq gələn ilin mart ayına qədər davam edəcək, 40 min ağac və bəzək bitkisi əkiləcək. Bu kampaniya Gəncədə yaşıllığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına böyük töhfə verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 333
avatar

Oxşar yazılar