FHN tikdiyi evin açarlarını Lənkəran sakininə təqdim edilib
27 sentyabr 2013 20:13 (UTC +04:00)

FHN tikdiyi evin açarlarını Lənkəran sakininə təqdim edilib

Sentyabrın 27-də Havzava kəndinin sakini İradə Cabbarova üçün inşa edilmiş evin açılış mərasimi keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yeni evin açarlarını və sənədlərini ev sahibinə təqdim edib.

 

Öz növbəsində, İradə Cabbarova vətəndaşlarına göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib.

 

Qeyd edək ki, fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bu il mayın 31-də Lənkəran şəhərində cənub regionunun sakinlərini qəbul edərkən Havzava kənd sakini, üç uşaq anası İradə Cabbarova yaşadığı evin yanğın nəticəsində tamamilə yararsız hala düşdüyü barədə ona müraciət edib.

 

Bu müraciətlə əlaqədar nazir aidiyyəti qurumlara tapşırıqlar verib. İyun ayından Fövqəladə Hallar Nazirliyi tərəfindən Havzava kəndində Cabbarovlar ailəsi üçün yeni evin tikintisinə başlanılıb. Birmərtəbəli, iki otaqlı, mətbəxi, hamamı, həyətdə sanitar qovşağı olan ev tikilərək təhvil verilib.

 

# 914
avatar

Oxşar yazılar