Fərhad Hacıyev gənclərlə bağlı məruzə edəcək. Lent.az-ın məlumatına görə, prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Şurasının Gənclərlə İş üzrə Hökümətlərarası daimi Komitəsi tərəfindən Rusiya Federasiyası ilə Avropa Şurası arasında gənclər sahəsində imzalanmış sazişin icrası ilə bağlı məruzəçi seçilib.
Qeyd edək ki, F.Hacıyev Avropa Şurasının Gənclərlə İş üzrə Hökümətlərarası Daimi Komitəsinin büro üzvü və Avropa Şurasının Gənclərlə İş Komitəsinin sədri kimi fəaliyyət göstərib.