Elmin KİV-də təbliğinə dair tədbir keçirilib
19 yanvar 2016 15:24 (UTC +04:00)

Elmin KİV-də təbliğinə dair tədbir keçirilib

 

AMEA Geologiya və Geofizika İnstitutunda "Elmin KİV-də təbliği” mövzusuna həsr olunmuş tədbir keçirilib. Məqsəd Azərbaycan elminin və elmi biliklərin populyarlaşdırılması, kütləvi informasiya vasitələrində geniş təbliği, bu işlərin yüksək səviyyədə təşkili və s. məsələləri müzakirə etmək idi.

 

İnstitutun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin təşkil etdiyi tədbirdə akademiya institutlarının ictimaiyyətlə əlaqələrə məsul şəxsləri iştirak edib.  

 

Tədbiri giriş sözü ilə AMEA prezidenti akademik Akif Əlizadə açaraq, informasiya və elmi-texniki tərəqqi əsrində elmdə əldə olunan nailiyyətlərin, elmi biliklərin ictimaiyyətə çatdırılması, bu işlərin yüksək səviyyədə təşkilinin önəmliyini bildirdi. Elmin və elmi biliklərin populyarlaşdırılması və təbliğində KİV-in rolundan söz açdı. Jurnalistikanın vacib sahələrindən biri olan elmi jurnalistikanın inkişafının, bu sahədə peşəkar qələm sahiblərinin yetişdirilməsinin əhəmiyyətindən danışan A.Əlizadə elmi xəbər və materialların, məqalələrin elmi-populyar dildə hazırlanmasında elmi jurnalistlərin üzərinə düşən vəzifələri xüsusilə qeyd edbi.    

 

AMEA-nın akademik-katibi Rasim Əliquliyev isə elektron informasiya agentlikləri və qəzetlər, xəbər saytları və portalları, İnternet-radio və İnternet-TV kanallarının, bir sözlə elektron-KİV-in informasiyanın operativ ötürülməsində başlıca vasitələrdən olduğunu söyləyib. Akademik science.gov.az portalının 20 ildir ki, Azərbaycan elmini təbliğ etdiyini, alimlərimizin fəaliyyətinin işıqlandırılması istiqamətində mühüm işlər gördüyünü bildirib.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev çıxış edərək akademiyanın elmi müəssisə və təşkilatlarının ictimaiyyətlə əlaqələrə məsul şəxslərini elmdə əldə olunan nailiyyətləri, elmi bilikləri, həmçinin institutların fəaliyyəti barədə məlumatları daha geniş işıqlandırmağa çağırıb.

Tədbirdə həmçinin AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov “Elmin təbliği, müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda təqdimatla çıxış edib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356
avatar

Oxşar yazılar