Elmin İnkişafı Fondu müsabiqə elan edib
21 oktyabr 2014 13:28 (UTC +04:00)

Elmin İnkişafı Fondu müsabiqə elan edib

0

Elmin İnkişafı Fondu ikinci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsini elan edib.

Lent.az-ın məlumatına görə, Azərbaycan  Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Respublika Fundamental Tədqiqatlar Fondu tərəfindən elmi-tədqiqat layihələrinin və proqramlarının maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2-ci Azərbaycan - Belarus beynəlxalq müsabiqəsini elan edilib.


Lent.az-ın məlumatına görə, bu müsabiqə üçün Elmin İnkişaf Fondu 500 min manat ayırır. Müsabiqədə bütün elm sahələri və istiqamətləri üzrə təqdim olunmuş fundamental-tətbiqi xarakterli beynəlxalq layihələr maliyyələşdiriləcək. Bu qrantlar yalnız Azərbaycan və Belarus alimlərindən təşkil olunmuş kollektivlərə veriləcək.

Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu oktyabrın 27-dən dekabrın 27-si saat 17:00-a qədər aparılacaq. Sənəd qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.

Fond tərəfindən qrantların verilməsi üzrə ikinci birgə beynəlxalq müsabiqənin nəticələri 2015-ci ilin 2-ci rübündə açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 764

Oxşar yazılar