Əlcəzairlilər dövlət sərhəddimizi pozmağa cəhd etdilər
04 oktyabr 2019 16:37 (UTC +04:00)

Əlcəzairlilər dövlət sərhəddimizi pozmağa cəhd etdilər

Azərbaycan sərhəddini pozmağa cəhd edən Əlcəzair vətəndaşları saxlanılıb.

Dövlət Sərhəd Xid­mətindən Lent.az-a verilən məlumata görə,  Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Qax rayonu, Lələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Əlcəzair vətəndaşları - 24 yaşlı Bouremad İshak və 28 yaşlı Boulekroune Farouq sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılan şəxslərin sentyabrın 25-də rəsmi qay­dada Türkiyədən İstanbul-Bakı reysi ilə Azərbay­cana gəlmələri müəyyən olunub. Araşdırma zamanı Əlcəzair vətəndaşları dövlət sərhədini pozaraq Gürcüstana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildir­iblər.

Fakt üzrə əmə­liy­yat-istintaq tədbirləri davam etdirilir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1127
avatar

Aygün İbrahimli

Oxşar yazılar