Əlaçıların 42 faizi qəbul imtahanlarında attestat nəticələrini təsdiqləyib
27 sentyabr 2013 14:36 (UTC +04:00)

Əlaçıların 42 faizi qəbul imtahanlarında attestat nəticələrini təsdiqləyib

Ali məktəblərə qəbul imtahanlarında iştirak edən orta məktəb əlaçılarının 42 faizi öz attestat nəticələrini təsdiqləyərək, 500-700 bal nəticə göstərib. Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ötən illərlə müqayisədə attestat nəticələrini təsdiqləyən abituriyentlərin sayı artıb.

Komissiya sədrinin sözlərinə görə, bu il əlaçıların 0,9 faizi 0-100 bal arası nəticə göstərib.

Azərbaycanda ali məktəbə daxil olan məcburi köçkün abituriyentlərin sayının artdığını deyən TQDK sədri bildirib ki, 2000-cu ildə ölkədə məcburi köçkün statusu olan 812 nəfər ali məktəbə qəbul olunmuşdusa, bu il onların sayı 3161 nəfərə çatıb.

 

# 601

Oxşar yazılar