<span style="color:red;">Eklerin hazırlanması  - Usta öz sirlərini açır: <span style="color:red;">Lent.az-ın mətbəxi
05 iyul 2019 19:35 (UTC +04:00)

Eklerin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Biş-düş Babayeva” adı ilə məşhur olan ustanın ekleri necə hazırlaması ilə tanış edəcəyik.
 
Eklerin tərkibi:
 
Xəmirüçün, 1 dolu st un, ¾ st su, 50 q yağ, 3 yumurta, ¼ çq duz
 
Kremi üçün 0,5 l süd, 1,5 st şəkər tozu, 3 xq un, 2 yumurtanın sarısı. 
 
Hazırlanma qaydası:
 
Ekleri hazırlayacağımız qaba su, duz və yağı töküb ocağın üzərinə qaynamağa qoyuruq. Qarışım qaynayanda üzərinə unu töküb, taxta qaşıqla qarışdırırıq. Xəmir tez bir zamanda bərkiyəcək. Artıq qarışdırmaq çətinləşəndə xəmiri ocağın üzərindən götürüb, soyumağa qoyuruq. Xəmir soyuduqdan sonra yumurtaları bir-bir əlavə etdikcə, mikserlə çalırıq. Ekler xəmirini krem şprisi ilə götürüb, perqament kağızı örtülmüş soba qabının üzərinə ya uzunsov, ya da yumru formada tökürük və bişməyə qoyuruq. Bişdikdən sonra, eklerləri sobadan çıxarıb kremini hazırlayırıq.
 
Kremi bişirmək üçün isə südü, şəkər tozunu, unu və yumurtanın sarısını qaba əlavə edib bişiririk. Bişirərkən kremi qarışdırmaq lazımdır ki, dibinə yapışmasın.
 
Eklerlər soyuduqdan sonra bir tərəfdən kənarını kəsib, ehtiyatla kremi içərisinə qoyuruq, üzərini isə zövqə görə düzəldirik.
 
Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1438
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar