Rektor tələbələrin şikayətini dinlədi
03 dekabr 2014 12:45 (UTC +04:00)

Rektor tələbələrin şikayətini dinlədi

0

Bu gün Azərbaycan Tibb Universitetinin  rektoru, akademik Əhliman Əmiraslanovun tələbələrlə görüşü keçirilib. Lent.az-ın məlumatına görə, görüşün məqsədi tələbələri narahat edən məsələlərlə tanış olmaq, onların fikirlərini öyrənmək, bəzi problemlərin həlli ilə bağlı təklifləri dinləmək və onların həllinə nail olmaq olub. Görüşdə universitetin bütün fakültə və kurslarından olan 500-dək tələbə, prorektorlar, dekanlar, kafedra müdirləri və müəllimlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan rektor yüksək ixtisaslı həkim kadrların hazırlanması məqsədilə son illər universitetdə görülən işlərdən danışaraq qeyd edib ki, artıq bütün klinik kafedralar tələbələr üçün inşa edilib, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş universitet klinikalarında cəmləşib.

Ə.Əmiraslanov qış imtahan sessiyasının yaxınlaşdığını qeyd edərək bildiribki, artıq 4 ildir ki, universitetdə obyektivliyi tam qorumaq məqsədilə  imtahanlar  insan faktoru olmadan, bilgisayarlar vasitəsilə aparılır.

Sonra tələbələr çıxış edərək rektorun onlarla görüşə vaxt ayırdığına görə minnətdar olduqlarını və universitetdə tələbələrin yüksək biliklərə yiyələnməsi üçün yaradılan şəraitdən razı qaldıqlarını bildirdiblər. Sonda rektor tələbələri maraqlandıran sualları cavablandıraraq qeyd edilən problemlərin həlli üçün tapşırıqlar verib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar