Səlim Müslümov Baş Prokurorluğa müraciət edib
24 noyabr 2014 16:58 (UTC +04:00)

Səlim Müslümov Baş Prokurorluğa müraciət edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili nəzarət şöbəsi tərəfindən Bakının Xətai rayon Məşğulluq Mərkəzinin və  Şabran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 2010-2013-cü illər ərzindəki fəaliyyətinin araşdırılması zamanı bir sıra qanun pozuntularına yol verildiyi aşkar edilib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin əməkdaşlarının funksional vəzifələrinin icrası vəziyyətinin araşdırılması nəticəsində işsizlik müavinətlərinin təyinatı zamanı 88 halda qanunsuz olaraq 1 37852,95 manat məbləğində dövlət vəsaitinin ödənildiyi müəyyən olunub.

 

Habelə  Şabran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində aparılan araşdırmalar nəticəsində mərkəz tərəfindən 32 sosial müavinət işi üzrə 50 881,8 manat və 36 ədəd ünvanlı sosial yardım işi üzrə 43 005,1 manat, ümumilikdə 93 886,9 manat (bundan 44 642 manatının araşdırma dövründə büdcəyə bərpası təmin olunub) artıq ödəmənin aparıldığı aşkar edilib.

 

Hər iki hal üzrə müvafiq vəzifəli şəxslər ilkin olaraq tutduqları vəzifədən azad olunmaqla, araşdırmaların nəticələrinə dair müvafiq materiallar hüquqi qiymət verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Baş Prokurorluğa təqdim edilib.

# 1980

Oxşar yazılar

Xocalıya növbəti köç karvanı YOLA SALINDI

Xocalıya növbəti köç karvanı YOLA SALINDI

29 may 2024 , 06:37
APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22
Bakının bu qəsəbəsi 2 gün susuz  qalacaq

Bakının bu qəsəbəsi 2 gün susuz qalacaq

28 may 2024 , 14:43
Azərbaycanda havalar dəyişir  - Xidmət rəisi AÇIQLADI

Azərbaycanda havalar dəyişir - Xidmət rəisi AÇIQLADI

28 may 2024 , 14:14
Sabah 33 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 33 dərəcə isti olacaq - PROQNOZ

28 may 2024 , 12:54
Bakıda tozlu hava normadan çoxdur - Nə qədər belə davam edəcək?

Bakıda tozlu hava normadan çoxdur - Nə qədər belə davam edəcək?

28 may 2024 , 11:23
"Nazim Bəydəmirli oğlumu girov götürdü" -ZƏRƏRÇƏKƏN

"Nazim Bəydəmirli oğlumu girov götürdü" -ZƏRƏRÇƏKƏN

27 may 2024 , 21:22