Dünən gecə dünyasını dəyişən Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu ölümündən 2-3 gün əvvəl möhkəm əsəbiləşib. Lent.az-ın məlumatına görə, bu barədə şair Dayandur Sevginin kulis.az-a açıqlamasında bildirib. “Mərhumun təqaüdlə bağlı bir nəfərlə bərk mübahisəsi düşmüşdü. Bizim otaqlarımız bir-birinə yaxın idi. Otağımdan Ədalət müəllimin səsini eşitdim. Tanımadığım bir nəfərə başa salmağa çalışırdı ki, o şəkər xəstəsidir, ondan əl çəksinlər, narahat etməsinlər. Hətta baş daşının hazır olduğunu, özünə məzar yeri seçdiyini də deyirdi”.
Şəkər xəstəsi olan Ədalət Əsgəroğlu dünən gecə insultdan keçinib.
*****
08/58
Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Ədalət Əsgəroğlu dünən gecə vəfat edib.
Yaxınlarının Kulis.Az-a verdiyi xəbərə görə Ədalət Əsgəroğlu insult keçirib. Xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.
Ə. Əsgəroğlu bu gün saat 14.00-da Xırdalan qəbiristanlığında dəfn olunacaq.
Ailəli idi, iki övladı var.
Allah rəhmət eləsin!