Əcnəbiy ilə evlənən qadınlarımız kişilərimizdən çoxdur
Son illər ərzində Azərbaycanda xarici vətəndaşla ailə həyatı quran qadınların sayı əcnəbi qadınla evlənən kişilərin sayından daha çox olub.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, son 5 ildə Azərbaycan vətəndaşı olan 6409 qadın xarici ölkə vətəndaşı ilə ailə həyatı qurub. Həmin müddətdə 6109 Azərbaycan vətəndaşı olan kişi əcnəbi ilə rəsmi nikaha daxil olub.
2014-cü ildə Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanmış nikahların sayı 1635 olduğu halda, 2015-ci ildə bu say 1291, 2016-cı ildə 1148, 2017-ci ildə 1202, 2018-ci ildə 1133 olub. Kişilərə gəldikdə, 2014-cü ildə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahların sayı 1499 olub. Sonrakı illərdə isə bu rəqəm getdikcə azalıb. 2015-ci ildə 1281 nəfər, 2016-cı ildə 1121 nəfər, 2017-ci ildə 1158 nəfər, 2018-ci ildə 1060 nəfər Azərbaycan vətəndaşı olan kişi əcnəbi qadınla ailə qurub.
Bu ilin ötən dövrü ərzində də əcnəbi ilə evlənən kişilərin sayı qadınların sayından az olub. 2019-cu ilin yanvar-iyul fevral ayları ərzində 722 nəfər Azərbaycan vətəndaşı olan qadın əcnəbi ilə nikaha daxil olduğu halda, 565 kişi xarici ölkə vətəndaşı olan qadınla ailə həyatı qurub.
Azərbaycan vətəndaşı olan qadınlarla nikaha daxil olan xarici ölkə vətəndaşları daha çox Rusiya, Türkiyə və Gürcüstan, Azərbaycan vətəndaşı olan kişilərlə nikaha daxil olan xarici ölkə vətəndaşları isə daha çox Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır.
(Trend)
751