Avtobus qəzasında yaralanan 82 yaşlı kişi öldü
Sentyabrın 23-də Bakıda avtobus qəzası nəticəsində xəsarət alan sərnişin dünyasını dəyişib.
Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, axşam saatlarında 82 yaşlı Rəsulov Mürvət Sahibxan oğlu aldığı xsarətlərdən vəfat edib.
Qeyd edək ki, hadisə paytaxtın Qaradağ rayonunda qeyd alınıb.149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb.
BNA tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə iki minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
728