Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti oktyabrın 2-nə gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Axşam yarımadanın bəzi yerlərində duman olacaq. Cənub-qərb küləyi səhər və gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 16-18 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 1-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda zəif duman, çiskin olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında gecə 12-17 dərəcə, gündüz 27-29 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə, gündüz 17-22 dərəcə isti gözlənilir.