DSMF: Pensiyalar əhaliyə vaxtında çatdırılır
09 oktyabr 2013 12:54 (UTC +04:00)

DSMF: Pensiyalar əhaliyə vaxtında çatdırılır

Dövlət Sosial Müdafiə Fondu (DSMF) oktyabr ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşməsinə başlayıb. Bu barədə Lent. az-a Fonddan məlumat verilib. Cari ilin 9 ayı ərzində DSMF tərəfindən əmək pensiyalarının maliyyələşdirilməsi vaxtında həyata keçirilib, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin olunub.  Bu ilin əvvəlindən etibarən  Dövlət Sosial Müdafiə Fondu və Maliyyə Nazirliyi arasında pensiyaların əhaliyə vaxtında, sabit və dayanıqlı çatdırılmasının təmin edilməsi barədə razılaşma protokolu imzalanıb.

 

Cari ilin 9 ayında pensiyaların plastik kartlarla ödənilməsi sferası daha da inkişaf etdirilib. Hazırda kənd yerlərində yaşayan və pensiya ödənişi aparılan pensiyaçıların 98,8%-nin, şəhərlərdə yaşayan pensiyaçıların 100%-nin, ümumilikdə isə 99,5%-nin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub.  Bu məqsədlə ümumilikdə 701, o cümlədən kənd və qəsəbələrdə 159 bankomat fəaliyyət göstərir.

 

Bundan başqa, əmək pensiyaçılarının rahatlığını təmin etmək məqsədilə bu ilin mart ayından etibarən SMS info xidmətinin tətbiqinə başlanılıb və xeyli sayda pensiyaçı bundan yararlanmaqdadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 896

Oxşar yazılar