Dövlətin pensiyaçıların sosial müdafiəsində iştirakına aydınlıq gətirildi
10 oktyabr 2013 11:23 (UTC +04:00)

Dövlətin pensiyaçıların sosial müdafiəsində iştirakına aydınlıq gətirildi

“Dövlətin pensiyaçıların sosial müdafiəsində aktiv iştirakı sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi şərh edilməməlidir”.

 

Lent.az-ın verdiyi məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bunu dövlət büdcəsinin transfertləri ilə bağlı bəzi ekspertlərin fikrinə münasibət bildirərkən söyləyib.

 

Elman Babayev deyib ki, hazırda pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər təşkil edir. Eyni zamanda dövlətin müəyyən etdiyi qərarlar əsasında bəzi kateqoriya şəxslərin pensiyasına əhəmiyyətli məbləğdə əlavələr edilir ki,  bütün bunların sistemə ödənilən sosial sığorta haqları ilə əlaqəsi yoxdur. Pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan bu  dövlət öhdəliklərinin maliyyə yükü 1,2 milyard manatdan çoxdur. Dövlət büdcəsindən ayrılan transfert isə bundan aşağıdır: “Deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq daxil olan sosial sığorta haqları da yönəldilir ki, bu da ölkəmizin sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının əlamətidir. Bu baxımdan dövlətin pensiyaçıların sosial müdafiəsində aktiv iştirakı sığorta-pensiya sisteminin dövlət büdcəsindən asılılığı kimi şərh edilməməlidir. Lakin təəssüf ki, biz bunu bəzən bir sıra ekspertlərin fikirlərində müşahidə edirik. Halbuki bu sualı cavablandırmaq üçün sığorta-pensiya mövzusunda bir qədər məlumatlı olmaq kifayətdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754
avatar

Oxşar yazılar