Vakant dövlət qulluğuna müsabiqə başa çatıb
11 sentyabr 2014 10:29 (UTC +04:00)

Vakant dövlət qulluğuna müsabiqə başa çatıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 1, 23, 30 aprel, 20 may və 13 iyun 2014-cü il tarixlərində elan etdiyi müsabiqə başa çatıb. Komissiyadan Lent.az-a verilən xəbərə görə, müsabiqə 90 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 933 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilib.

 

Müsabiqədə iştirak etmək üçün 7 min 364 namizəd qeydə alınıb ki, onun 32,96 faizini (2 min 427) qadınlar, 75,62 faizini gənclər təşkil edib. Namizədlərdən 2 min 611 nəfəri (35,46 faiz) test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 387-i (29,23 faiz) qadın namizəd olmaqla 1371 nəfəri (18,62 faiz) qanunvericiliyə müvafiq olaraq müsabiqənin test mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin 78,77 faizini gənc namizədlər təşkil edib.

 

Müsabiqənin müsahibə mərhələsi 12 iyun – 10 sentyabr tarixlərində keçirilib. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş 1157 namizəddən 111 nəfəri müsahibədə iştirak etməyib, 2 nəfər isə müsahibədə iştirak etməkdən imtina edib. Namizədlərdən 395-i müsahibədən uğurla keçib, 649-u vəzifəyə uyğun hesab edilməyib. 

 

Müsahibədən uğurla keçən namizədlərin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə dövlət orqanlarına göndərilib. Müsahibə mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları aşağıdakılardır:

 

Dövlət Statistika Komitəsi – (65 faiz) müsahibə üzrə qeydə alınmış 46 namizəddən 30-u;

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – (48 faiz) müsahibə üzrə qeydə alınmış 69 namizəddən 33-ü;

 

Gənclər və İdman Nazirliyi – (46 faiz) müsahibə üzrə qeydə alınmış 41 namizəddən 19-u;

 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – (44 faiz) müsahibə üzrə qeydə alınmış 70 namizəddən 31-i;

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – (44 faiz) müsahibə üzrə qeydə alınmış 25 namizəddən 11-i;

 

İqtisadiyyat və Sənaye Nazirliyi - (41 faiz) müsahibə üzrə qeydə alınmış 75 namizəddən 31-i;

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi – (39 faiz) müsahibə üzrə qeydə alınmış 28 namizəddən 11-i.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987
avatar

Oxşar yazılar