Dolma turşusunun hazırlanması- <span style="color:red;">Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
10 iyul 2019 17:38 (UTC +04:00)

Dolma turşusunun hazırlanması- Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Bizim Mətbəxdən” adı ilə məşhur olan səhifəyə istinad edərək dolma turşusunu hazırlaması ilə tanış edəcəyik.
 
Dolma turşusunun tərkibi:
 
Daş kələm 2 kq, kök 3-4 ədəd, çuğundur 2 ədəd, bolqar bibəri 3- 4 ədəd, acı bibər 2 ədəd, sarımsaq 1 baş, cəfəri 1 dəstə, quru nanə 2 x/q. 
 
İçlik üçün duz 2 x/q, limon duzu 1 balon üçün 1 ç/q, dəfnə yarpağı, şüyüt çubuğu, üzüm sirkəsi.
 
Hazırlanma qaydası:
 
Əvvəlcə bütün ərzaqları yuyuruq, kələmin saplaq hissəsini kəsib çıxarırıq və yarpaqlarını ayırıb, bərk hissəsini isə turşuya hazırlanan içlik üçün doğrayırıq. Sonra qazanda su qaynadırıq və 2 dolu qaşıq duz tökürük. Kələmin yarpaqlarını qoyub pörtlədirik. Lakin yarpaqları dolma bişirmək üçün pörtlətdiyimiz qədər suda saxlamaq olmaz. Ərzaqların hamısını xırda doğrayırıq və bütün ərzaqları qaba yığıb üzərinə duz və quru nanə tökürük. Yaxşıca qarışdırıb bir neçə saat qarışımı kənarda saxlayırıq, sonra kələmə bükürük.
 
Bankaya əvvəlcə qara yumru istiot, dəfnə yarpağı, qurudulmuş şüyüd çubuğu qoyuruq və üzərindən hazırladığımız turşuları yerləşdiririk. İçlikdən çıxan suyu bankalara töküb üzərinə 1 st. üzüm sirkəsi əlavə edirik. Balonların üzərinə kimi su çıxması üçün yarım litir suya 1 x/q qaşıq duz və 2 ç/q limon duzu tökürük, qarışdırıb banka dolana kimi turşuya əlavə edirik.
 
Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2836
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar