Daxili İşlər Nazirliyi daxili işlər orqanlarında işləmək istəyənlərə müraciət edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, DİN Bakı Şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə vakant olan 95 sıravi və kiçik rəis heyəti vəzifəsinə xidmətə qəbulla bağlı müsabiqədə iştirak etmək üçün yaşı 20 ilə 30 arasında, boyu 180 santimetrdən (qadınlar 170 santimetrdən) hündür, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), əvvəllər məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarını işə dəvət edir.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Xarici dil bilən namizədlərə üstünlük veriləcək.
Xidmətə qəbul olunmaq istəyən şəxslər oktyabrın 10-dək iş günləri saat 10-dan 17-yə qədər Bakı şəhəri, Azərbaycan prospekti 5, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə ərizə ilə müraciət etməlidirlər.