Dilqəm və Şahbazın yaxınları BMT nümayəndəliyində qəbul olunmadı
28 noyabr 2014 15:39 (UTC +04:00)

Dilqəm və Şahbazın yaxınları BMT nümayəndəliyində qəbul olunmadı

 

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin yaxınları Sahib Musayev və İlham Quliyev bu gün BMT-nin Azərbaycandakı nümayəndəliyində olub, nümayəndəliyin rəhbəri Antonius Brukla görüşmək üçün yazılı müraciət ediblər. Bu barədə APA-ya Qarabağ Azadlığı Təşkilatının (QAT) mətbuat mərkəzindən məlumat verilib.

 

Görüş BMT rəhbərliyinin azərbaycanlı girovların taleyi, onların sağlamlıq durumu və geri qaytarılması ilə bağlı məsələyə müdaxilə etməsinə nail olmaq məqsədi daşıyıb: "Təəssüf ki, nümayəndəlikdən heç kəs onlarla görüşmək istəməyib, başqa ünvanlara müraciət etmələrini məsləhət görüblər. Girov Dilqəm Əsgərovun qardaşı Sahib Musayev BMT nümayəndəliyinin bu münasibətinin insanlığa sığmadığını, qeyri-insani bir hərəkət olduğunu bildirib, həmçinin bu istiqamətdə təşəbbüslərini davam etdirəcəklərini vurğulayıb".

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849
avatar

Oxşar yazılar