Dilçilik İnstitutuna rəhbərlik Tofiq Hacıyevə tapşırıldı
25 dekabr 2013 18:33 (UTC +04:00)

Dilçilik İnstitutuna rəhbərlik Tofiq Hacıyevə tapşırıldı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun rəhbərliyində dəyişikliklər edilib.


 

APA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən yeni şəxs təyin olunub. Belə ki, filologiya üzrə elmlər doktoru, professor Fəxrəddin Veysəllinin Dilçilik İnstitutunda direktor vəzifəsinin icraçısı səlahiyyətləri dayandırılıb. Elmi işlər üzrə direktor müavini, filo­logiya üzrə elmlər doktoru, professor Mə­sud Mahmudov isə vəzifəsindən azad edilib.


Akademiyanın elmi müəssisə və təşkilatlarında direktor seçkiləri keçirilənədək instituta müvəqqəti rəhbərlik AMEA-nın müxbir üzvü Tofiq Hacıyevə həvalə olunub. Filologiya üzrə elmlər doktoru Məhəbbət Mirzəliyeva isə müəssisənin elmi işlər üzrə direktor müavini təyin edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1380
avatar

Oxşar yazılar