Prezident Bulvar İdarəsinin nizamnaməsini təsdiq etdi
31 iyul 2018 18:39 (UTC +04:00)

Prezident Bulvar İdarəsinin nizamnaməsini təsdiq etdi

Prezident İlham Əliyev Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərmana əsasən “Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi” təsdiq edilib.

Nizamnamədə qeyd edilib ki, Dənizkənarı Bulvar İdarəsində (bundan sonra – Bulvar İdarəsi) təsisçisi Azərbaycan Respublikasının prezidentidir. Bulvar İdarəsinin İdarə Heyətin sədrini və müavinləri prezident vəzifəyə təyin edib və azad edə bilər .  Nazirlər Kabineti  bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

 Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin istifadəsində olan dövlət əmlakının Bulvar İdarəsinin balansına verilməsini bir ay müddətində təmin etməlidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bulvar İdarəsi ilə razılaşdırılmaqla, Dənizkənarı Milli Parkın ərazisində yerləşən obyektlərin görünüşü ilə bağlı vahid tələblər konsepsiyasının və müvafiq yenidənqurma (rekonstruksiya) proqramının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Vergilər Nazirliyi Dənizkənarı Bulvar İdarəsinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428
avatar

Oxşar yazılar