Darçının insan üçün inanılmaz faydaları
27 iyul 2019 17:00 (UTC +04:00)

Darçının insan üçün inanılmaz faydaları

Dəfnəkimilər fəsiləsindən olan darçın zəngin qida dəyərliliyi olan çox güclü antioksidantdır.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qidalanma və pəhriz mütəxəssisi Büşra Çəngəl danışıb.

Onun sözlərinə görə, darçın immuniteti gücləndirməklə kifayətlənmir, xəstəliklərə qarşı bədənin mübarizə aparır.

Yüksək təzyiq problemində fayda verən darçın, həmçinin xərçəng xəstəliyinin müalicəsində böyük effekt verir.

Sərbəst radikalların böyüməsinin qarşısını alan darçın orqanizmin tez yaşlanmasının qarşısını alır.  

Bağırsaqlarda yaranan göbələk və bakteriyalara qarşı mübarizə aparan darçın köpmə və  həzm problemləri üçün də faydalıdır.

Darçının qanda şəkəri tənzimlədiyini açıqlayan dietoloq bildirib ki, ondan istifadə etməklə günə daha enerjli başlamaq olar.

Bu xüsusiyyəti şirniyyat yemək istəyinin qarşısını alır.

İnsana toxluq hissi verir, qidaların daha yavaş parçalanmasını təmin edərək aclıq hissini azaldır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922
avatar

Aygün İbrahimli

Oxşar yazılar