Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı vəzifəsindən gedib. Lent.az-ın məlumatına görə, o bildirib ki, başqa işə keçməyi ilə əlaqədar olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri kimi fəaliyyətini dayandırıb. “AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsinə rəhbərlik etdiyim müddətdə Mərkəzin mətbuatla əməkdaşlığının yüksək səviyyədə qurulması prosesində yaxından iştirak etdiyinizə və səmərəli əməkdaşlığa görə hər bir media orqanına, jurnalist həmkarlarıma ayrı-ayrılıqda təşəkkür edirəm. RSXM mənə çox dəyərli insanların, ziyalıların çalışdığı yer kimi hər zaman doğma ocaq olub və bundan sonra da belə qalacaq. Əminəm ki, bundan sonra da sizin RSXM-in mətbuat xidməti ilə əməkdaşlığınız yüksək səviyyədə davam etdiriləcək”.

Oxşar yazılar

Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38