Cocuq Mərcanlıda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib
26 oktyabr 2017 15:37 (UTC +04:00)

Cocuq Mərcanlıda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilib

Oktyabrın 26-da Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Cəbrayıl və Füzuli rayonlarından olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib. Lent.az-ın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytına istinadən məlumatına görə, mərasimdə xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev, ictimaiyyət nümayəndələri, Qarabağ Müharibəsi veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər.

 

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov hərbi xidmətə yola düşən gənclərə vətən qarşısında müqəddəs vəzifələrini layiqincə icra etməyi arzulayıb.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov çıxışında çağırışçıların Cocuq Mərcanlı kəndindən həqiqi hərbi xidmətə yola salınmasının böyük əhəmiyyət daşıdığını bildirib.  R. Şirinov qeyd etdi ki, Cocuq Mərcanlının bərpası və sakinlərin geri qayıtması işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdışın ilk addımlarıdır.

 

Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək onlara şərəfli xidmət arzulayıb.

 

Daha sonra çıxış edən Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, müharibə veteranları, çağırışçılar və onların valideynləri gənclərə hərbi xidmətdə uğur arzulayıblar.

 

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış edib.

 

Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.Oktyabrın 26-da Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Cəbrayıl və Füzuli rayonlarından olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib. Lent.az-ın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytına istinadən məlumatına görə, mərasimdə xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev, ictimaiyyət nümayəndələri, Qarabağ Müharibəsi veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər.

 

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov hərbi xidmətə yola düşən gənclərə vətən qarşısında müqəddəs vəzifələrini layiqincə icra etməyi arzulayıb.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov çıxışında çağırışçıların Cocuq Mərcanlı kəndindən həqiqi hərbi xidmətə yola salınmasının böyük əhəmiyyət daşıdığını bildirib.  R. Şirinov qeyd etdi ki, Cocuq Mərcanlının bərpası və sakinlərin geri qayıtması işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdışın ilk addımlarıdır.

 

Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək onlara şərəfli xidmət arzulayıb.

 

Daha sonra çıxış edən Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, müharibə veteranları, çağırışçılar və onların valideynləri gənclərə hərbi xidmətdə uğur arzulayıblar.

 

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış edib.

 

Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258
avatar

Oxşar yazılar