Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib
Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Cavadxanlı kəndində seçicilərin xahişi ilə təkrar ikinci dəfə görüş keçirib.
Lent.az xəbər verir ki, deputat seçicilərlə görüşərək onları dinləyib.
Sakinlər kəndin yaxınlığında olan gölün özəlləşdirilməsi və bunun qanunsuz aparılması vaxtilə sənədlərdəki saxtakarlıqlar barədə deputata məlumat verib. Görüş zamanı məlum olub ki, artıq həmin ərazi üçün dövlət reyestrindən çıxarış olduğuna görə bu yalnız məhkəmə qaydasında həllini tapa bilər. Kənd bələdiyyəsinin məhkəməyə müraciət etməsi təklif edilib. Deputat bu işi nəzarətdə salayacağına söz verib.
Həmçinin biçin vaxtı olsa da kənd təsərrüfatı texnikasının çatışmazlığı ilə bağlı müəyyən şikayətlər də səslənib.
Daha sonra Çingiz Qənizadə son vaxtlar cənab prezident İlham Əliyevin imzaladığı sərəncamların əhəmiyyətindən danışıb. Son günlərdəki sosial yönümlü addımların insanlar üçün zəruriliyini qeyd edib. Deputat görülən işlərin davamlı xarakter daşıdığını da vurğulayıb.
Həmçinin Çingiz Qənizadə çıxışı zamanı seçicilərə Azərbaycana xarici dövlətlərin, beynəlxalq təşkilatların münasibəti, möhtərəm prezidentiminizn apardığı uğurlu daxili və xarici siyasəti, bu siyasəti görmək istəməyən qüvvələr və Azərbaycanın bütün sahələrdə qüdrətli dövlətə çevrilməsi, eləcə də parlament fəaliyyəti barədə ətraflı məlumat verib.
Parlamentari sonda vətəndaşlarla fərdi qaydada görüşərək ərizələrini qəbul edib. Hər bir ərizənin araşdırılacağına və maksimum kömək ediləcəyinə söz verib.
534