Cinayət araşdırmaları ilə bağlı qaydalara dəyişiklik edilir
08 aprel 2014 12:16 (UTC +04:00)

Cinayət araşdırmaları ilə bağlı qaydalara dəyişiklik edilir

Azərbaycanda cinayət işinin aparılması prosesi ilə əlaqədar prokurorun, təhqiqat orqanlarının məsuliyyəti və səlahiyyəti artırılır.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə göndərilən layihədə Cinayət - Prosessual Məcəlləsinin 86-cı maddəsinə dəyişiklik nəzərdə tutulur.

 

Layihəyə əsasən, təhqiqatçının bu məcəllə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməsinə mane olan hallar (vəfat etməsi, ağır xəstəliyə tutulması və sair) yarandıqda, cinayət işinin digər təhqiqatçının icraatına verilməsi barədə vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndəriləcək.

 

Digər əlavəyə görə isə zərər çəkmiş şəxsin, şahidin və cinayət prosesində iştirak edən digər şəxslərin təhlükəsizliyi üçün tədbirlər görülməsi ilə əlaqədar vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndəriləcək.

 

Qanuna əlavə edilən 86.9-cu maddəsinə görə isə təhqiqat orqanının rəhbəri təhqiqat orqanı əməkdaşlarının bu məcəllə ilə müəyyən edilmiş hüquq və vəzifələrinin həyata keçirilməsini, məhkəmənin, prokurorun, müstəntiqin və təhqiqatçının qərar, göstəriş və ya tapşırıqlarının icrası üçün müvafiq tədbirlər görülməsini təklif edəcək, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiqini yoxlamaq imkanını təmin edəcək.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673
avatar

Oxşar yazılar