Çaylarda vəziyyət necədir? SİYAHI
04 oktyabr 2013 17:05 (UTC +04:00)

Çaylarda vəziyyət necədir? SİYAHI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-120, Kiçik Qafqazın çaylarında 60-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan Muxtar Respublikasının çaylarında isə normanın 50 faizini təşkil edir. 
 

Oktyabrın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 110 m3/s, ongünlük normanın 68 faizinə bərabərdir. 2012-ci ildə bir qədər az olmaqla 87,0 m3/s və ongünlük normanın 54 faizini təşkil edib. Oktyabrın 4-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 91,0 m3/s olmaqla, ongünlük normanın 95 faizinə bərabərdir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə az olmaqla 49,0 m3/s təşkil edib və ongünlük normanın 51 faizinə bərabər olub.
 
Oktyabrın 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Kür çayının Surra məntəqəsində 6 , Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm azalma, Bankədə 33 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 342 sm (2012-ci il oktyabrın 04-də 308 sm), Şirvanda 204 sm (2012-ci il oktyabrın 04-də 187 sm ), Salyanda 155 sm (2012-ci il oktyabrın 04-də 198 sm ), Bankədə 225 sm (2012-ci il oktyabrın 04-də 211 sm), Araz çayının Novruzlu məntəqəsində isə 59 sm (2012-ci il oktyabrın 04-də 155 sm) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 859
avatar

Oxşar yazılar