Prezident İlham Əliyev Bakı şəhərində Dənizkənarı Bulvarda yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncama əsasən Bakı şəhərində Dənizkənarı Bulvarda aparılan yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə 10 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.