Bu şəxslər övladlığa uşaq götürə bilməyəcək
Azərbaycanda ailədə adambaşına düşən orta aylıq gəliri yaşayış minimumunun məbləğindən az olan şəxslərin övladlığa uşaq götürməsi qadağan edilir.
APA-nın xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinin 120-ci maddəsinə (Övladlığa götürmək hüququ olan şəxslər) yeni 120.1.8-ci bənd əlavə edilməsi təklif olunur.
Yeni bəndə əsasən, ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqların övladlığa götürmək istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əmək haqqının iki mislindən) az olan şəxslər (ögey ata, ögey ana), yaxın qohumlar (nənə-baba, bacı-qardaş, valideynlərin bacıları, onların övladları istisna olmaqla) övladlığa uşaq götürə bilməzlər.
Ailə Məcəlləsinə dəyişiklik yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.
1279