Bu ilki qəbul kampaniyasının yekun statistikası açıqlandı
27 sentyabr 2013 11:47 (UTC +04:00)

Bu ilki qəbul kampaniyasının yekun statistikası açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013/2014-cü tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası başa çatıb. Lent.az-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi yekun mətbuat konfransında deyib. O bildirib ki, bu il buraxılış imtahanlarında 9-cu siniflər üzrə 117275 nəfər, 11-ci siniflər üzrə 86632 nəfər iştirak edib. Buraxılış imtahanlarında 9-cu siniflər üzrə 68497 (58,141%), 11-ci siniflər üzrə isə 62494 (72,14%) nəfər hər iki fənn üzrə müvəffəq qiymət alıb. İmtahanlarda Ana dili fənni üzrə 9-cu siniflərdə 79583 nəfər (67,96%), 11-ci siniflər üzrə 69230 nəfər (80,10%), riyaziyyat fənni üzrə isə 9-cu siniflərdə 81970 nəfər (69,90%), 11-ci siniflərdə isə 69 315 nəfər (80,01%) uğurlu nəticə göstərib”.
 

Ali məktəblərin bakalavriat səviyyəsinə tələbə qəbulundan da danışan M. Abbaszadə qeyd edib ki, abituriyentlərin və valideynlərin rahatlığını təmin etmək məqsədilə TQDK bu il qəbul imtahanlarını ölkənin 11 bölgə mərkəzində təşkil edib. Onun sözlərinə görə, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96 720 nəfər iştirak edib: “Onlardan 42,98 faizi 0-100 bal, 21,99 faizi 100-200 bal, 13,84 faizi 200-300 bal, 15,65 faizi 300-500 bal, 5,55 faizi 500-700 bal toplayıb. Abituriyentlərdən 1617 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Yüksək bal toplayan abituriyentlər respublikanın demək olar ki, bütün rayon və şəhərlərini təmsil edirlər. Yüksək nəticə göstərən abituriyentlərin sayı I qrupda 365, II qrupda 301, III qrupda 495, IV qrupda 400 nəfərdir. 6 nəfər isə maksimal nəticə -700 bal əldə edib. Onlardan 4-ü III qrupun, 2-si IV qrupun abituriyentləridir. Bu il ali təhsil müəssisələri üçün ayrılmış 36484 plan yerinə 33878 nəfər qəbul olub. Ali məktəblərə qəbul planı 92,76 faiz dolub”.


Ali məktəblərə qəbul kampaniyasında magistraturaya səviyyəsinə qəbul barədə də məlumat verən TQDK sədri qeyd edib ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə qəbul imtahanının ilk mərhələsində 21078 nəfər bakalavr iştirak edib: “Onlardan 11 274 nəfəri bakalavr proqramı seçimində iştirak edərək II mərhələyə buraxılıb. Bu il magistraturaya qəbul üçün 6794 plan yeri ayrılıb. Həmin yerlərə 5432 nəfər bakalavr qəbul olub. Bu il magistraturaya qəbul planı 79,86 faiz dolub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598

Oxşar yazılar