“Bu il müəllim olmaq üçün 31 min 779 nəfər müraciət etmişdi”.
Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini, sektor müdiri Eşqi Bağırov bu gün keçirilmiş brifinqdə deyib.
Onun sözlərinə görə, bu il mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticəsinə əsasən ümumilikdə 2365 nəfər müəllim adını qazanıb. İlkin yerləşdirilmədə ümumilikdə 3385 vakansiya elan edilsə də, sonradan yeni açılan siniflər, dərs saatlarının çoxalması səbəbindən ikinci əlavə yerləşdirmədə daha 242 vakant yer çıxarılıb.
Qurum rəsmisi qeyd edib ki, müsabiqədən keçən müəllimlərdən 1800 nəfəri kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerləri seçib: “ Ötən il isə bu rəqəm 1200-1100 nəfər civarında idi”.