Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə olunacaq.
Sentyabrın 15-də səhər və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev məlumat verib.
O bildirib ki, bazar günü paytaxt ərazisində mülayim şimal-şərq və cənub-şərq küləyi əsəcək, temperatur gecə 16-20, gündüz 24-27 dərəcə arasında dəyişəcək.
Həftənin 1-ci günü - sentyabrın 16-da isə hava şəraitinin küləkli olacağı ehtimal olunsa da, bu barədə daha dəqiq məlumat sentyabrın 15-də veriləcək.
Azərbaycanın bölgələrində də sentyabrın 14-15-də gündüz saatlarında əsasən yağmursuz olacaq. Lakin gecə və axşam saatlarında dağlıq rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir.
Eyni zamanda, sabah səhər saatlarına ayrı-ayrı yerlərdə duman gözlənilir. Qərb küləyi əsəscək. Temperatur Mərkəzi Aran rayonlarında gündüz 22-28, dağlıq ərazilərdə 9-14 dərəcə isti gözlənilir.