Bu gün Nərimanovda su olmayacaq
03 iyun 2016 11:35 (UTC +04:00)

Bu gün Nərimanovda su olmayacaq

Bakı şəhəri Nərimanov rayonu Arif Heydərov küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar həmin ərazidə yaşayan sakinlərin suyu gəlməyəcək. “Azərsu” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar