Sentyabrın 23-dən Azərbaycan ərazisində payız fəsli başlayır.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun Lent.az-a verdiyi məlumata görə, payız fəsli Azərbaycana sentyabrın 23-də yerli vaxtla saat 11:50-də daxil olacaq.
Bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.
Qış fəsli isə ölkəmizə dekabrın 22-də saat 08:19-da qədəm qoyacaq və həmin gün ən uzun gecə olacaq.