Böyük Britaniyanın iki universitetinin nümayəndələri BANM-da olub
01 aprel 2014 17:46 (UTC +04:00)

Böyük Britaniyanın iki universitetinin nümayəndələri BANM-da olub

Böyük Britaniyanın Aberdin Universitetinin Beynəlxalq əlaqələr və tələbə qəbulu üzrə əməkdaşı Devid Stoll və Robert Qordon Universitetinin Korparativ inkişaf üzrə əməkdaşı Reni Raper Bakı Ali Neft Məktəbində olub. Lent.az-ın məlumatına görə, qonaqlara Bakı Ali Neft Məktəbinin fəaliyyət strategiyası haqqında ətraflı məlumat verən ali məktəbin rektoru E. Qasımov bildirib ki, uğurla həyata keçirilən təhsil islahatlarının başlıca məqsədi müasir təlim və tədris texnologiyalarına yiyələnərək, ölkədə təhsil sisteminin ən yüksək səviyyədə inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən yüksək ixtisaslı kadrların yetişdirilməsidir. E. Qasımov onu da qeyd edib ki, Bakı Ali Neft Məktəbinin yaranması və qısa zaman ərzində yüksək nailiyyətlər əldə etməsi bu istiqamətdə aparılan işlərin bariz nümunəsidir. O bildirib ki, bu ali təhsil ocağının hazırladığı yüksək ixtisaslı kadrlar artıq transmilli şirkətə çevrilmiş ARDNŞ-də , eyni zamanda BP, Total, Statoil və s. bu kimi şirkətlərdə fəaliyyət göstərəcəklər.

 

Böyük Britaniyanın Aberdin və Robert Qordon universitetlərinin mühəndislik ixtisasları üzrə dünyanın ən güclü ali təhsil müəssisələrindən olduğunu vurğulayan rektor bildirib ki, müxtəlif təhsil və tədris proqramları çərçivəsində bu universitetlərlə əməkdaşlıq etmək məqsədəmüvafiqdir.

 

Daha sonra Bakı Ali Neft Məktəbi ilə Aberdin və Robert Qordon universitetləri arasında gələcək əməkdaşlığın perspektivləri və birgə fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393
avatar

Oxşar yazılar