Böyük Britaniya baş nazirinin elçisi BANM-də olub
04 dekabr 2014 11:30 (UTC +04:00)

Böyük Britaniya baş nazirinin elçisi BANM-də olub

0

Bakı Ali Neft Məktəbi (BANM) və ABB şirkəti arasında əməkdaşlıq haqqında memorandumun imzalanma mərasimi keçirilib.

 

Ali məktəbdən Lent.az-a verilən məlumata görə, tədbiri açan BANM-in rektoru Elmar Qasımov prezident İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından bəhs edib. Azərbaycanın dünyada sənaye üsulu ilə ilk neft  çıxaran ölkə olduğunu vurğulayan E.Qasımov neft-qaz və kimya  sənayesinin ölkə iqtisadiyyatının inkişafında  əsas rol oynadığını və bu sahədə mütəxəssislərin hazırlanmasının ARDNŞ-ın fəaliyyətinin inkişafında vacib istiqamət olduğunu qonaqların nəzərinə çatdırıb. 

 

Tədbirdə iştirak edən Böyük Britaniya parlamentinin üzvü və baş nazirin Qazaxıstan, Azərbaycan və Türkmənistan regionunda ticarət məsələləri üzrə elçisi Çarlz Hendri professor-müəllim heyəti və tələbələr qarşısında çıxış edib. O BANM-də olmasından məmnunluğunu dilə gətirib. 

 

Sonra BANM ilə ABB şirkəti arasında əməkdaşlıq haqqında çemorandum imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar