BMU-da 21 xarici ölkədən tələbə təhsil alır
04 oktyabr 2019 17:10 (UTC +04:00)

BMU-da 21 xarici ölkədən tələbə təhsil alır

Bakı Mühəndislik Universitetində (BMU) 21 xarici ölkədən olan tələbələr bakalavr və magistr təhsili alır.

BMU-dan Lent.az-a bildirilib ki, əcnəbi tələbələrin bir qismi müvafiq qanunvericiliyə uyğun olaraq, universitetdə yaradılan qəbul komissiyası tərəfindən, bir qismi isə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi qəbul imtahanlarına qatılaraq BMU-ya qəbul olunub.

2019/2020-ci tədris ilində də tələbə adını qazananlar arasında əcnəbi tələbələr yer alıb. Onların sırasında Rusiya, Gürcüstan, Livan, Pakistan, Yəmən, Şri-Lanka və başqa ölkələrin vətəndaşları var.

BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğu xarici universitetlərlə və beynəlxalq təhsil təşkilatları ilə əlaqələrin qurulması ilə yanaşı, xarici ölkələrdən tələbə qəbulu işini də həyata keçirir. Universitetə xarici tələbələrin qəbul prosesi əcnəbi tələbələrin qəbulu üzrə komissiya tərəfindən icra olunur. Komissiyada tələbənin müraciətinə baxılır, sənədləri yoxlanılır, müsahibədən keçirilir və ən sonda müvafiq qərar qəbul edilir. Eyni zamanda, Azərbaycanda yaşayan xarici vətəndaşlar DİM-in təşkil etdiyi qəbul imtahanlarında iştirak edərək BMU-nun ixtisaslarını seçə bilirlər.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 994
avatar

Aygün İbrahimli

Oxşar yazılar